Ana səhifə | Əlaqə | Az | En | Ru
XƏBƏRLƏR
16 İyun 2011 tarixdə İsmayıllı rayon Zoğallı kənd uşaq bağçasının açılış mərasimi oldu.

Tədbirdə Yaponiya hökümətinin Azərbaycandakı səfiri cənab Şuşuke Vatanabe, İsmayıllı rayon icra hakimiyyətinin başçısı cənab Nizami Ələkbərov, Sivil Cəmiyyət Naminə inkişafa yardım ictimayi birliyinin direktoru Ərife xanım Ələkbərova iştirək edirdi.


15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər.

15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər. Həmçinin hörmətli nümayəndələr Zoğallı kəndindəki uşaqları hal-hazırda qaldığı yerləri də ziyarət etdilər. Xatırladaq ki, 28 sentyabr 2010-cu il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Sivil Cəmiyyət Naminə" inkişafa yardım ictimayi birliyinə İsmayıllı rayon Zoğallı kəndində uşaq bağçasının tikilməsi məqsədi ilə qrant ayrılıb. Və bu qrant proqramı ilə uşaqlar üçün yeni müasir uşaq bağçası tikilmək üzrədir.

SORĞU
QHT-lərin hazırki vəziyyətini qiymətləndirin
Kafi
Qənaət bəxş
Yaxşı

Layihələr

1. 17 dekabr 2008-ci il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyinə İsmayıllı rayon İvanovka kəndində xəstəxananın doğum şöbəsinin təkmilləşdirilməsi məqsədi ilə qrant ayrılıb.

 “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönəlmiş və bələdiyyələr, tibbi müəssisələri, təhsil müəssisələri və QHT-lər tərəfindən həyata keçirilən nisbətən kiçik miqyaslı layihələrə ayrılır. Belə layihələr səhiyyə, tibb, ibtidai və orta təhsil, sosial müdafiə, ətraf mühüt, yoxsulluğun azaldılması və gəlirlərin artırılması sahəsində həyata keçirilə bilər. Bu qrant proqramı 2000-ci ildən reallaşır.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İsmayıllı rayon İvanovka kəndində xəstəxananın doğum şöbəsi yenidən qurulmuş və təmir olunmuş, gələcək analar üçün tam şərait yaradılmış və doğum şöbəsi müasir tibbi avadanlıqlar, mebellərlə təhciz olunmuşdur.

14 Mart 2010-cu il tarixdə "Sivil Cəmiyyət Naminə" IB Beynəlxalq Qadınlar klubu ilə birlikdə Baki şəhərində "Novruz bazarı" adlı xeyriyyəçilik tədbiri həyata keçirmişdir.

20 May 2010-cu il tarixdə "Sivil Cəmiyyət Naminə" İB işçi heyətin təşəbbüsü ilə könüllülük əsasında Bakı şəhərində ailə və uşaq problemləri ilə bağlı xeyriyyəçilik məqsədi ilə psixoloji treninqlər həyata keçirmişdir.

2. 28 sentyabr 2010-cu il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyinə İsmayıllı rayon Zoğallı kəndində uşaq bağçasının tikilməsi məqsədi ilə qrant ayrılıb. Bu layihə “Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyinin yaponiya səfirliyi ilə 2-ci layihəsidir.

© Copyright 2009 For Civil Society    Site by GreenGraph.co.uk