Ana səhifə | Əlaqə | Az | En | Ru
XƏBƏRLƏR
16 İyun 2011 tarixdə İsmayıllı rayon Zoğallı kənd uşaq bağçasının açılış mərasimi oldu.

Tədbirdə Yaponiya hökümətinin Azərbaycandakı səfiri cənab Şuşuke Vatanabe, İsmayıllı rayon icra hakimiyyətinin başçısı cənab Nizami Ələkbərov, Sivil Cəmiyyət Naminə inkişafa yardım ictimayi birliyinin direktoru Ərife xanım Ələkbərova iştirək edirdi.


15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər.

15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər. Həmçinin hörmətli nümayəndələr Zoğallı kəndindəki uşaqları hal-hazırda qaldığı yerləri də ziyarət etdilər. Xatırladaq ki, 28 sentyabr 2010-cu il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Sivil Cəmiyyət Naminə" inkişafa yardım ictimayi birliyinə İsmayıllı rayon Zoğallı kəndində uşaq bağçasının tikilməsi məqsədi ilə qrant ayrılıb. Və bu qrant proqramı ilə uşaqlar üçün yeni müasir uşaq bağçası tikilmək üzrədir.

SORĞU
QHT-lərin hazırki vəziyyətini qiymətləndirin
Kafi
Qənaət bəxş
Yaxşı

Ana səhifə

“Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyi 2008-ci ilin dekabrında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. İctimai birliyin fəaliyyət predmeti vətəndaş cəmiyyəti quruculuğunun inkişafına kömək etməkdir. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

·       Ailə münasibətləri sahəsində maarifləndirmə işi aparmaq;

·       Valideyn hüquq və vəzifələrini, o cümlədən uşaq hüquqlarını cəmiyyətdə təbliğ etmək;

·       Gələcək analara məsləhətlər vermək;

·       Qaçqın və köçkün valideyn və uşaqların sosial problemlərinin həll olunması və cəmiyyətə inteqrasiyasına kömək etmək.

Nəzərdə tutulmuş bu vəzifələri həyata keçirmək üçün “Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyi müxtəlif kurslar, treninqlər və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni- kütləvi tədbirlər keçirir, məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir. Azərbaycan Respublikası aidiyyatı dövlət və bələdiyyə orqanalrı ilə əməkdaşlıq edir. >>ətraflı
© Copyright 2009 For Civil Society    Site by GreenGraph.co.uk