Ana səhifə | Əlaqə | Az | En | Ru
XƏBƏRLƏR
16 İyun 2011 tarixdə İsmayıllı rayon Zoğallı kənd uşaq bağçasının açılış mərasimi oldu.

Tədbirdə Yaponiya hökümətinin Azərbaycandakı səfiri cənab Şuşuke Vatanabe, İsmayıllı rayon icra hakimiyyətinin başçısı cənab Nizami Ələkbərov, Sivil Cəmiyyət Naminə inkişafa yardım ictimayi birliyinin direktoru Ərife xanım Ələkbərova iştirək edirdi.


15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər.

15 Aprel 2011 ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri İsmayıllı rayon Zoğallı kəndində yeni uşaq bağçasının tikilməsini ziyarət etdilər. Həmçinin hörmətli nümayəndələr Zoğallı kəndindəki uşaqları hal-hazırda qaldığı yerləri də ziyarət etdilər. Xatırladaq ki, 28 sentyabr 2010-cu il tarixdə Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Sivil Cəmiyyət Naminə" inkişafa yardım ictimayi birliyinə İsmayıllı rayon Zoğallı kəndində uşaq bağçasının tikilməsi məqsədi ilə qrant ayrılıb. Və bu qrant proqramı ilə uşaqlar üçün yeni müasir uşaq bağçası tikilmək üzrədir.

SORĞU
QHT-lərin hazırki vəziyyətini qiymətləndirin
Kafi
Qənaət bəxş
Yaxşı

Haqqında

“Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyi 2008-ci ilin dekabrında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. İctimai birliyin fəaliyyət predmeti vətəndaş cəmiyyəti quruculuğunun inkişafına kömək etməkdir. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

·       Ailə münasibətləri sahəsində maarifləndirmə işi aparmaq;

·       Valideyn hüquq və vəzifələrini, o cümlədən uşaq hüquqlarını cəmiyyətdə təbliğ etmək;

·       Gələcək analara məsləhətlər vermək;

·       Qaçqın və köçkün valideyn və uşaqların sosial problemlərinin həll olunması və cəmiyyətə inteqrasiyasına kömək etmək.

 
Nəzərdə tutulmuş bu vəzifələri həyata keçirmək üçün “Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyi müxtəlif kurslar, treninqlər və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni- kütləvi tədbirlər keçirir, məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir. Azərbaycan Respublikası aidiyyatı dövlət və bələdiyyə orqanalrı ilə əməkdaşlıq edir.

Arifə xanım Ələkbərova

Bakı Dövlət Universitetini bitirib.

Ailəlidir. Üç uşağı, dörd nəvəsi var.

Yeyinti sənayesi texnikumunda pedaqoq kimi fəaliyyət göstərib.

Moskva Elmlər Akademiyasının nəzdində prenatal psixologiya kursları və valideynlik məktəbi keçib.           

2006-cı ilin may ayında Moskva şəhərində "Baby Time" festivalında və elə həmin ilin oktyabrında "Uşaqların təhsili və inkişafında oyun texnologiyaları" beynəlxalq ixtisaslaşdırılmış konfransının iştirakçısı olmuşdur.

10 ildir ki, atılmış və yetim uşaqlara himayədarlıq və kömək edən Beynəlxalq Qadınlar klubunun üzvüdür. 2006-2007-ci illərdə Beynəlxalq Qadınlar klubunun vitse-prezidenti olub.

2007-ci ilin may ayında Bakı şəhərində keçirilən "Ləyaqətli doğuş" aksiyası çərçivəsində treninqlərdə iştirak edib.

 2007- ci il 3-7 oktyabr Moskva 13 –cü Beynəlxalq “Мир детства-2007” konfransının iştirakçısı olub.

“Sivil Cəmiyyət Naminə” inkişafa yardım ictimayi birliyi Arifə xanım Ələkbərova tərəfindən yaradılıb. Bu ictimayi birliyi yaratmaqda Arifə xanımın məqsədi sağlam cəmiyyət və gələcək üçün bir təkan verməkdir. Azərbaycan xalqı, onun sağlam gələcəyi, bu yolda nələr edə biləcəyi kimi aktual məsələlər bu alicənab xanımı həmişə maraqlandırır.

Əlaqə üşün: 

arife@forciso.org
info@forciso.org
arife_gn@yahoo.com

Koordinatorlarımız:

 

Hacıyeva Sevinc Harun qızı
 - layihə koordinatoru
Telefon: (+99 412) 510 03 53
Fax: (+99 412) 510 63 65
Mobil: (+99 450) 353 73 88
e-mail: sevinc@forciso.org
Məmmədova Raya Tofiq qızı
- layihə koordinatoru
Telefon: (+99 412) 510 03 53
Fax: (+99 412) 510 63 65
Mobil: (+99 455) 638 71 16
e-mail: raya@forciso.org
Qasımova Tatyana Aleksandrovna
 - layihə koordinatoru
Telefon: (+99 412) 510 03 53
Fax: (+99 412) 510 63 65
Mobil: (+99 470) 620 95 21
e-mail: tatyana@forciso.org

Təşkilati struktur


© Copyright 2009 For Civil Society    Site by GreenGraph.co.uk